“Neftçi”nin zədəli oyunçularının son durumu açıqlanıb. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Ağ-qaralar" səfər oyununda 3 oyunçunun xidmətlərindən yararlana bilməyəcəklər.
Yarımmüdafiəçi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır. Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.
Klubun növbəti matçı 9 mart tarixində “Kəpəz”lə Tovuz şəhər stadionunda keçiriləcək.