“Neftçi” Futbol Klubunun zədəli futbolçularının son durumu açıqlanıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Klubdan verilən məlumata əsasən, hazırda 3 futbolçu yaşıl meydanlardan kənardır.
Qapıçı İvan Brkiç hazırda müalicə prosesini davam etdirir, vinger Kilan Lebon isə fərdi qaydada hazırlaşır. Asiya Kubokunda çıxışını başa vuran Fələstin yığmasının yarımmüdafiəçisi Ataa Caber isə doğma ölkəsində bir müddət müalicə keçdikdən sonra Bakıya qayıdacaq.
“Neftçi” növbəti oyununu Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində 31 yanvar tarixində “Sumqayıt”a qarşı keçirəcək.