“Neftçi”nin futbolçusu Emin Mahmudov Bakı klubunun tarixinə düşüb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.
Futbolçu Bakı klubunda 182 çempionat matçına çıxıb. Bununla o, uzun illərdir Bakı klubunun rekordçusu olan sabiq müdafiəçi İqor Getmanın göstəricisini arxada qoyub.
2017-ci ildən “Neftçi”nin formasını geyinən Azərbaycan millisinin üzvü 41 qola imza atıb.