“Neftçi”nin futbolçusu yubiley qolunu vurub. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Klubun kapitanı Emin Mahmudov Azərbaycan çempionatlarında ümumi qol sayını 40-a çatdırıb. Bu nailiyyətə o, Premyer Liqanın XXIX turunda “Sumqayıt”la görüşdə çatıb.
32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunun heyətində vurub. O, 2017/2018 mövsümündən “Neftçi”nin formasını geyinir. Bununla kapitan Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçu olub.