“Neftçi”nin futbolçuları ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı klubunun zədəli futbolçuları haqda son məlumat paylaşılıb. Qara Qarayev kollektivlə məşqlərə başlayıb. Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edirlər. Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı hazırda Fələstin millisinin düşərgəsindədir
Müalicə prosesini davam etdirən Kilan Lebon fərdi məşqlərlə kifayətlənir.
“Neftçi”nin növbəti oyunu “Qəbələ” klubuna qarşı 28 yanvar tarixində “Neftçi Arena”da baş tutacaq.