“Neftçi”nin sabiq futbolçusu vəfat edib. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Paytaxt təmsilçisinin sabiq qapıçısı Yuri Pereskokov 60 yaşında dünyasını dəyişib. O, 1987/88 mövsümündə Bakı klubunda çıxış edib. Daha sonra “Fakel Voronej” klubuna transfer olunub.
Yuri Pereskokov cari ilin yanvar ayına qədər “Arsenal” (Tula) klubunda qapıçılar üzrə məşqçi olub.