“Neftçi” PFK və “Spartak” (Moskva) klubu arasında memorandum imzalanıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Bakı klubuna istinadən məlumat verir.
Əməkdaşlıqla bağlı imza tədbirində hər iki tərəfin rəhbərliyi iştirak edib. Klublar arasında bütün sahələrdə tərəfdaşlıq məsələləri müzakirə olunub.
“Spartak” Rusiyanın paytaxtını təmsil edir və ölkənin ən məşhur futbol klublarından biridir. 9 dəfə Rusiya çempionu olub. Sovet dövründə "Xalq komandası" ləqəbinə sahib idi.