“Neftçi” – “Qarabağ” oyunundan sonra futbolçulardan birinin avtomobilinə ziyan vurulub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Ötən gün keçirilən matçdan sonra “Qarabağ”ın fubtolçusu Kevin Medinaya ziyan vurulub. O, öz İnstagram səhifəsində bununla bağlı paylaşım edib.
“Bu, oyundan sonra mənim avtomobilimin fotolarıdır. İnsanların bu vəziyyətdə ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm də maşında ola bilərdi. Təhlükəli vəziyyətdir. Öz adımdan xahiş edirəm, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”, – deyə futbolçu qeyd edib.
Daha öncə “Neftçi”nin futbolçusu Qara Qarayevlə “Qarabağ”ın “İmarət” fan-klubu arasında qalmaqallı anlar yaşanıb. Azarkeşlər sabiq oyunçularını rəqib komandaya keçdiyi üçün təhqir ediblər. Q.Qarayev isə azarkeşlərin təhqiredici şüarlarına cavab verib.
[caption id="attachment_134110" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]
[video width="360" height="640" mp4="https://bakuplus.az/storage/photos/2024/04/1712125513.mp4"][/video]