“Neftçi” – “Sumqayıt” matçına biletlər satışa çıxarılıb. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi Arena”da keçiriləcək oyun fevralın 9-u saat 19:00-da start götürəcək.
Biletləri onlayn almaq mümkündür. Qiymətlər 2, 5, 10 və 15 manat təşkil edir.