“Neftçi” PFK Türkiyənin Antalya şəhərində ikinci yoxlama oyununu keçirəcək. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az klubun rəsmi mətbuat xidmətinə istinadən xəbər verir.
“Ağ-qaralar” yoldaşlıq oyununda Almaniyanın 3-cü liqasının təmsilçisi “Sportferayn Valdhof”la garşılaşacaq.
Matç yanvarın 13-də Bakı vaxtı ilə saat 16:00-da Antalyada yerləşən “Gloria Sports Arena”da baş tutacaq.
“Neftçi” PFK ilk oyunda Türkiyənin “Erzurumspor” kollektivinə 1:3 hesabı ilə məğlub olub.