"Neftçi" qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
Sports.az saytının əldə etdiyi özəl məlumata görə, "ağ-qaralar" futbol üzrə milli komandamızın yarımmüdafiəçisi Elvin Camalovu sıralarına qatıb.
Camalov bunacan "Sabah"ın şərəfini qoruyurdu.
"Flaqman"ın qış transfer pəncərəsində ilk transferi yaponiyalı Ryonosuke Ohara olmuşdu.