Paytaxt klublarının futbolçuları millidən kənarlaşdırılıblar. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi “Neftçi”dən olan Azər Salahlı və “Zirə”nin futbolçusu Rüstəm Əhmədzadəni heyətdən çıxarıb. Həmçinin mütəxəssis “Sabah”da çıxış edən Ceyhun Nuriyevin də xidmətindən imtina edib.
Matç bu gün Avstriyanın Linz şəhərindəki “Raiffeisen Arena”da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.