Ötən gün Bakıda Zəfər Gününə həsr olunmuş veloyürüş təşkil edilib. Tədbir Müdafiə Sənayesi Nazirliyinin Velosiped İdman Klubunun təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutub. Bu haqda Report xəbər verib.
Veloyürüşdən öncə müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev və yürüşün iştirakçıları tərəfindən nazirliyin inzibati binasında yerləşən Şəhidlər Memorial Abidə Kompleksinin qarşısına əkili və qızıl güllər qoyulub.
Dövlət Himni səsləndirilməsindən sonra Zəfər Gününə həsr olunmuş veloyürüş Nazirliyin inzibati binasından Heydər Əliyev Mərkəzinə qədər olan məsafəni əhatə edib.
Yürüşdə müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.