“Qarabağ” FK-nın növbəti oyununa biletlər satışa çıxarılıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az məlumat verir.
Misli Premyer Liqasının 17-ci turunda keçiriləcək "Qarabağ” FK - "Qəbələ” FK qarşılaşmasının biletlərini onlayn olaraq iticket.az-dan, eləcə də "Azersun Arena"nın kassasından əldə etmək mümkündür. Biletlərin qiymətləri 5-10-20 AZN arasında dəyişir.
Matç 13 dekabr saat 19:00-da baş tutacaq.
Qeyd: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.