21 oktyabr tarixində keçiriləcək “Qarabağ”–“Kayrat” oyununa biletlərin hamısı satılıb, klub yeni biletlər satışa çıxardıb. Bu haqda qol.az xəbər verib.
“Qarabağ” klubunun mətbuat katibi bildirib ki, biletlərin tamamilə satılması 35 ilin ilk rekordudur. Biletlər satılsada, matçı izləmək istəyən çox sayda azarkeş var. Bunu nəzərə alaraq, klub daha 214 bileti satışa çıxarıb. Bu sektor üçün bir biletin qiyməti 3 manat təşkil edir.
Qeyd edək ki, “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” komandası ilə görüşəcək. Oyun bu gün saat 20:45-də Tofiq Bəhramov adına stadionda keçiriləcək.