Bakıda baş tutacaq “Qarabağ” – “Malmö” oyununa satılan biletlərin sayı açıqlanıb.
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matça artıq 18.000 bilet satılıb.
Azərbaycan çempionunun mətbuat xidməti bildirib ki, bilet satışı hələ də davam edir.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.