“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə millinin heyətindən çıxarılıb.
Bakuplus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədəli olmasıdır.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.