Bakıda ölkənin futbol üzrə ən yaxşı komandaları qarşılaşacaq. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az xəbər verir.
Misli Premyer Liqasının XXIV turu çərçivəsində “Qarabağ” FK paytaxt təmsilçisi “Neftçi” PFK ilə qarşılaşacaq. Hazırda “atlılar” turnir cədvəlinə başçılıq edirlər, “Neftçi” PFK isə 3-cü pillədə qərarlaşıb.
Oyun 27 fevral saat 20:00-da “Azersun Arena”da baş tutacaq. Biletləri İticket.az saytından almaq mümkündür. Qiymətlər 5-20 AZN arası dəyişir.