“Qarabağ” - ”Sürix” oyununa satılmış biletlərin sayı açıqlanıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda İsveçrənin "Sürix"i ilə keçirəcəyi ilk oyununa 23.000 bilet satılıb. Stadionun tutumu 31.000-dən çoxdur.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 19 iyul saat 20:00-da başlayacaq.