Qurban Qurbanov rəqibinə hədiyyə verdi. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
“Bayer Leverkuzen” klubu ötən gün gecə saatlarında Bakıya çatıb. “Qarabağ”ın baş məşqçisi həmkarı Xabi Alonso ilə görüşərək, ona Qarabağ xalçası hədiyyə edib.
UEFA Avropa Liqasının 1/8 finalı çərçivəsində “Qarabağ” - “Bayer Leverkuzen” qarşılaşacaqlar. Oyun bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.