Rafael Fiziyev Bakıda master-klas keçib. Bu haqda 15 aprel tarixində Bakuplus.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Rafael Fiziyevin "Renzo Gracie" Akademiyasında master-klası baş tutub.
Tədbirdə 29 yaşlı idmançı müxtəlif yaş qruplarından olan həmkarları ilə məşq edib, onlara bu idman növünün incəlikləri barədə ətraflı məlumat verib.
Döyüşçü hazırda "Tiger Muay Tai & MMA" idman klubunda çıxış edir. Döyüş sahəsində debütünü 2015-ci il iyulun 8-də Sem Bastinə qarşı keçirib və qələbə qazanıb. Rafaelin aktivində ümumilikdə 8 qələbəsi var.
[URIS id=40695]