“Səbail” FK heyətinə yeni futbolçu qatıb. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
“Dənizçilərin” sabiq hücumçusu, 30 yaşlı Amil Yunanov keçmiş klubuna geri qayıdır. Forvard “Şamaxı” klubundan paytaxt təmsilçisinə transfer olunur. Onunla 1 illik müqavilə imzalanıb.
Amil Yunanov 2020/2021 mövsümündə “Səbail”də oynayıb. Paytaxt klubu yay fasiləsində Səlahət Ağayev, Coşqun Diniyev və Bahadur Həziyevin transferini açıqlayıb.