“Səbail” Futbol klubu Türkiyə təmsilçisinə məğlub olub. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Səbail" ilk yoxlama oyununu keçirib. Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin I Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Dənizçilər" 13 iyul tarixində Superliqa klubu "Hatayspor"la qarşılaşacaqlar.