“Səbail” Futbol Klubu heyətinə daha bir futbolçu qatıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Dənizçilər” ukraynalı müdafiəçi Dmitri Litvinlə 1 illik razılığa gəliblər. Peşəkar karyerasına ölkəsinin "Metallist" (Xarkov) klubunda başlayan 27 yaşlı oyunçu sonuncu dəfə Portuqaliya təmsilçisi "Luzitaniya"da çıxış edib.