“Səbail” Futbol Klubunun rəhbərliyi məşqçisinə xəbərdarlıq edib. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Klubun əvəzedici komandasının baş məşqçisi Ramiz Hüseynova xəbərdarlıq edilib. Buna səbəb "Zirə-2" ilə oyunda yaş limitini pozmasıdır.
“Məlumatımız var, əvəzedici komanda baş məşqçinin yaş limitini pozduğuna görə İntizam Komitəsi tərəfindən texniki məğlubiyyətlə cəzalandırılıb. Burada birbaşa baş məşqçi və onun köməkçiləri məsuliyyət daşıyır. Baş məşqçi ilə söhbət aparılıb və ona xəbərdarlıq edilib. Müəyyən tənbeh tədbirləri görülüb", - deyə Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov bildirib.
Yaş limiti pozulduğuna görə "Səbail-2" klubu texniki məğlubiyyət almaqla yanaşı, 400 AZN cərimələnib.