Bakıda stolüstü tennis ürə Azərbaycan birinciliyi keçiriləcək. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən yeniyetmə və gənc idmançılar bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində qüvvələrini sınayacaqlar. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.
Tədbir 1 may tarixində “Şüa" İdman Kompleksində start götürüləcək.