Bakıda üzgüçülük üzrə birincilik keçirilib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 11 aprel tarixində xəbər verir.
Su İdman Sarayında baş tutan birincilikdə 2008-2012-ci il təvəllüdlü Bakı və Sumqayıt idmançıları öz güclərini sınayıblar.
Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçirilən yarışa 150-ə yaxın üzgüçü qatılıb.
Yarışı izləyən üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun xeyli sayda öz nəticələri ilə məşqçilər korpusunun diqqətini çəkən üzgüçülərlə işlərini davam etdirməyi nəzərdə tutduğunu bildirib.
Sonda qaliblər diplomlar və medallarla təltif olunublar.
[URIS id=40213]