Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru dəyişib. Gənclər və idman naziri Fərid Qayıbov bununla bağlı müvafiq əmr imzalayıb. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Həmin əmrə əsasən, direktor vəzifəsinə Tələt Məmmədov təyin olunub.
Daha öncə, cari ilin aprel ayında bu vəzifəyə Babək Hidayətov təyin edilmişdi.