"Araz-Naxçıvan"da çıxış edən Tural Bayramlının “Səbail”ə qarşı şikayətinə baxılıb. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Məsələ AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən araşdırılıb. 23 yaşlı yarımmüdafiəçinin sabiq klubu "Səbail"dən kompensasiya tələbi və kluba idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməyib.
"Səbail" yayda Tural Bayramlı ilə yollarını ayırıb. Oyunçu bunun müqavilə şərtlərinə uyğun olmadığını əsas gətirərək şikayət edib. O, Bakı təmsilçisindən bir mövsüm ərzində alacağı məbləği istəyir.