“Vüqar Həşimov Memorial – 2023” superturnirinin püşkatma mərasimi baş tutub. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bu gün keçiriləcək I turda aşağıdakı cütlüklər üz-üzə gələcəklər:
- Nicat Abbasov (Azərbaycan) - Yorden Van Forest (Niderland);
- Vidit Santoş (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan);
- Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rixard Rapport (Rumıniya);
- Boris Qelfand (İsrail) - Arjun Eriqaisi (Hindistan);
- Aydın Süleymanlı (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan).
9-cu Vüqar Həşimov Memorialında şahmatçılar 8-10 dekabrda rapid, 11 dekabrda isə blits üzrə mübarizə aparacaqlar. Turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilir.
[caption id="attachment_122622" align="alignnone" width="640"]
Foto Report.az[/caption]