Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatına start verilir. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
16 noyabr tarixində çempionatın ilk oyunları baş tutacaq. Belə ki, I turda “Neftçi” və “Murov Az Terminal” və “Azərreyl” və MOİK komandaları üz-üzə gələcək. Oyunlar müvafiq olaraq 15:00 və 17:30-da baş tutacaq.
Matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.