Millimizin voleybolçusu Tural Həsənli ağır vəziyyətdə Bakıya gətirilib. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
33 yaşlı idmançının “Panatinaikos”a qarşı oyun ərəfəsində səhhətində problem yaranıb. O, kritik vəziyyətdə Yunanıstandan Bakıya çatdırılaraq xəstəxanaya yerləşdirilib.
Verilən məlumata əsasən, voleybolçu bağırsağından ağır əməliyyat keçirib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Tural Həsənli “Xarı Bülbül” (Şuşa) klubunun oyunçusudur.