Xankəndidə yaradılan futbol klubunun çıxış edəcəyi liqa bəlli olub.
Oxu.az xəbər verir ki, Xankəndidə təməli qoyulan futbol klubu fəaliyyətini Region Liqasında davam etdirəcək. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Məlumatda AFFA-nın "Xankəndi"nin Region Liqasındakı iştirakını təsdiqlədiyi bildirilib.