Cüdo üzrə Bakı Kuboku start götürüb. Bu barədə Report 11 dekabr tarixində xəbər verib.
Turnir Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində keçirilir.
Turnirin ilk günündə 18 yaşadək yeniyetmə qızlar və oğlanlar arasında qaliblər və mükafatçılar müəyyənləşib. Qızlar 36 kq, 48 kq və 63 kq, oğlanlar isə 46 kq, 60 kq və 81 kq çəki dərəcələrində mübarizə aparıblar.
Pandemiya səbəbindən azarkeşsiz keçirilən yarış 12 dekabradək davam edəcək.