"Mix Fight Championship" döyüş yarışı sentyabrın 10-da Bakının Milli Gimnastika Arenasında baş tutacaq. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az məlumat verir.
Yarışda Zabit Səmədovun vida döyüşü baş tutacaq.
Axşamın kəməri uğrunda döyüş 2021-ci ilin dekabrında Qarışıq Döyüş Çempionatının qalibi olan rusiyalı Vlad Tuinovla bolqar Stoyan Koprivlenski arasında baş tutacaq.
Həmçinin turnir zamanı Seyfulla Xambaxadov (Rusiya) və Andrey Kedveş (Xorvatiya), eləcə də Dmitri Filonçik (Belarus) və Ruslan Nağıyev (Azərbaycan) arasında təsnifat düyüşləri keçiriləcək.
Yüngül çəkidə keçirilən görüşlərin qalibləri həmin gün finalda üz-üzə gələcəklər.
Zabit Səmədov karyerasının son döyüşündə sabiq braziliyalı UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq.