“Zirə” Futbol Klubunun UEFA Avropa Liqasındakı rəqibi bəlli olub. Bu haqda bu gün, Bakuplus.az xəbər verir.
Avropa Liqasında 2024/25 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılıb. Moldovanın “Şerif” klubu “Zirə” ilə növbəti mərhələ üçün mübairzə aparacaq.
Avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komandalar bəlli olacaq.