“Zirə” Futbol Klubu ev oyunlarını başqa stadionda keçirəcək. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yenilənmə işlərinin aparılması ilə əlaqədar klubun ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi ilə bağlı qərar verilib.
Misli Premyer Liqasının 27-ci turu çərçivəsində keçiriləcək “Zirə” - “Kəpəz” oyunu mərkəzi arenada keçiriləcək. Oyun 16 mart tarixində saat 16:00-da baş tutacaq.