"Zirə" klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb. Bu barədə BakuPlus.az Report-a istinadən bu gün, 4 dekabr tarixində məlumat verir.
2023-cü ilin əvvəlində paytaxt təmsilçisinə keçən 30 yaşlı hücumçu azad agent statusu alıb.
Vladislav Kulaç "Zirə"nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb, 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.