“Zirə” və “Səbail” komandaları yubiley qələbələrini qazanıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən, Premyer Liqanın XXXI turundan sonra "Səbail" “Araz-Naxçıvan”a qarşı oyunda çempionat tarixindəki 50-ci, “Zirə” isə “Neftçi”yə qarşı matçda 100-cü qələbəsini qazanıb. Bu, Azərbaycan Çempionatında yubiley qələbələr hesab olunur.
“Dənizçilər”in ilk qələbəsi 2017-ci, “Zirə”nin isə 2015-ci ildə baş tutmuşdu.