top
Turan Rüstəmovu öldürən Ruslan Səfixanovun atası danışıb
29 noyabr 2022, 00:48
- ↺ +

Turan Rüstəmovu öldürən Ruslan Səfixanovun atası danışıb

Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetməni öldürən gəncin atası danışıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az 1News-a istinadən xəbər verir.

Qətli törədən Ruslan Səfixanovun atası, Əməkdar məşqçi Elçin Səfixanov bildirib ki, gənclərin arasında ciddi mübahisə olmayıb.

“Mənə deyilənə görə, oğlum Turandan yol verməyini istəyib, Turan isə sərt cavab verib. Nəticədə dava yaranıb və məlum hadisə baş verib. Ruslan belə insan deyil”, - deyə o qeyd edib.

Həmçinin Elçin Səfixanov sosial şəbəkələrdə onlar barəsində deyilən şaiyələrdən narazıdır:

“Hər yerdə yazırlar ki, Ruslanın atası varlıdır, rüşvətlə məsələni həll edəcək və Turanın atası hakimdir Ruslan üçün maksimum cəza kəsəcəklər. Əslində isə mən məşqçi maaşına yaşayıram, o isə taksi işləyir”.

E.Səfixanov hələ də mərhumun ailəsi ilə görüşə bilməyib, ancaq bunu çox istəyir.

“Əgər mən bilsəydim ki, mənim ölümüm onların oğlunu geri gətirəcək, mən deyərdim ki, öldürün məni. Mən elə bilirəm ki, ölən mənim oğlumdur. Kaş ölərdim, bu günü görməyərdim”, - deyə o əlavə edib.

26 noyabr tarixində 20 yaşlı Ruslan Səfixanov Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı Turan Rüstəmovu bıçaqla qətlə yetirmişdir.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
Bu gün, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
Bu gün, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
Bu gün, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
Bu gün, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
Bu gün, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
Bu gün, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
Bu gün, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
Bu gün, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
Bu gün, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
Bu gün, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Xəbər
Bu gün, 11:18

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:37

Zabratda 62 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Bu gün, 10:23

Bu gün xanəndə Səxavət Məmmədovun anım günüdür

Xəbər
Bu gün, 09:47

Prezident İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Bu gün, 09:36

Ələtdə avtomobil yandı

Xəbər
Bu gün, 00:01

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Xəbər
Dünən, 18:00

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçib

Xəbər
Dünən, 17:38

"Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir" - ŞİKAYƏT

Xəbər
Dünən, 17:25

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü

Xəbər
Dünən, 16:34

Abid Şərifov səhhətindən danışdı: "Gəzə bilmirəm"

Xəbər
Dünən, 15:54

Xətainin heykəlindəki yazı ilə bağlı araşdırma aparılır

Xəbər
Dünən, 15:22

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Xəbər
Dünən, 14:39

Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI

Oxşar xəbərlər