Bakıda 20 yaşlı gənci elektrik cərəyanı vurub. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Astara rayon sakini, 20 yaşlı Teymur Ağayev paytaxtda yerləşən kafelərin birində işləyən zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Nəticədə oğlan hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.