Leyla Hüseynli və onun 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən şəxsin huşu özünə gəlib. Bu haqda Report 23 iyun tarixində məlumat verir.
Fərid Hüseynlinin müalicəsi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında davam etdirilir. Hazırda vəziyyəti yaxşıya doğru gedir.
Şübhəli şəxsin müalicəsi başa çatdıqdan sonra ifadəsi alınacaq və barəsində həbs qətimkan tədbiri seçiləcək.
Hadisənin səbəbləri hələ ki məlum deyil.