Masazırda aşağı sürətlə hərəkət edən avtomobil aşıb. Bu haqda BakuPlus.az bu gün, 24 noyabr tarixində xəbər verir.
Aşağı sürətlə hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili yolun hərəkət hissəsində dayanmış "Mercedes" markalı digər avtomobilə çarpılıb. Qəzanı törədən nəqliyyat vasitəsi zərbənin təsirindən aşıb.
Baş vermiş hadisə qəzaya uğrayan maşındakı kamera tərəfindən anbaan lentə alınıb.