Bakının Aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
İlkin ehtimala görə, “BMW” markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəktdə olan zaman idarəetmədən çıxıb və dəmir arakəsməyə çarpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Yolun 1 zolağında hərəkət məhdudlaşıb.
Faktla bağlı araşdırma aparılır.