Onlayn yolla narkotik satışında təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda bu gün, 22 dekabr tarixində Report məlumat verib.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən oxunub.
İbrahim Ələsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.
O, sosial şəbəkələr vasitəsilə vətəndaşları narkokuryerliyə cəlb edib. İbrahimin üzv olduğu dəstədən 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar olunaraq müsadirə edilib.