Bakı-Ağstafa dəmir yolunda təhlükə yaranıb. Bu haqda bu gün, 24 iyun tarixidə Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəliməmmədli mənzilində sel təhlükəsi yaranıb. Son günlər yağan güclü yağışdan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb.
Hazırda əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Dəmir yolları sel sularından mühafizə olunur.