Bakı-Astara yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Bu haqda bu gün, 7 noyabr tarixində APA məlumat verib.
“Mercedes” markalı minik avtomobilini idarə edən Salyan sakini sükana nəzərəti itirib. Nəticədə avtomobil aşaraq alışıb. Hadisə zamanı içəridə olan sərnişinlər çıxa bilsə də sürücü yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.