Bakı şəhəri ərazisində narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Qasımovda 117 qrama yaxın, B.İlyasovada isə 17 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Aşkar olunan faktlarla bağlı araşdırmalar aparılır.