Bakıda 24 il əvvəl adam öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilib. Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Elnur Abbasov 22 aprel 1998-ci il tarixində mühafizəçi kimi işlədiyi balıqhisləmə zavodunda Mübariz Rəsulovu bıçaqlayaraq öldürmüşdür. Daha sonra o, hadisə yerini təmizləmiş və meyiti zavoddakı soyuducuya yerləşdirmişdir.
4 gün sonra aşkarlanan şəxsin qatilini müəyyən etmək mümkün olsa da, E.Abbasov ölkədən qaçdığı üçün onu məsuliyyətə cəlb etmək mümkün olmamışdır.
1 iyul 2022-ci il tarixində təqsirkar saxlanılaraq onun barəsində yenidən cinayət işi başlanılıb.