Bakıda 3-cü kurs tələbəsi intihar edib. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
20 yaşlı Şamil Qarayev özünü Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.
“Qaynarinfo”-nun verdiyi məlumata əsasən, o, qıza görə özünə qəsd edib. Belə ki, intihar etməzdən əvvəl yoldaşlarına mesaj yazaraq: "Əlvida… Mən nə yaxşı buranı seçdim…”, - cümləsini göndərib və sonra özünü öldürüb. Əvvəl isə tələbə yoldaşlarına: "Mən kimisə sevirəm, heç kim bilmir”, - deyirmiş.